Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Sumqayıtda moped sürücülərinə işıqqaytarıcı jiletlər paylanıb. Bu barədə Sumqayıt24 30 dekabr tarixində DünyaTV-yə istinadən xəbər verir.
Aksiya şəhərin müxtəlif ərazilərində keçirilib. Çatdırılma xidmətini həyata keçirən şəxslərə bu jiletlər hədiyyə edilib və onlarla maarifləndirici söhbətlər aparılıb.
Bu cür tədbirlərin keçirilməsində məqsəd mopedlərin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınmasından ibarətdir.