Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları Sumqayıtda yoxlama keçiriblər. Sumqayıt24 bu haqda 15 avqust tarixində xəbər verir.
Bulvar küçəsində “P.A QROUP” MTK tərəfindən Dövlət Ekoloji Ekspertiza Agentliyinin müvafiq rəyi olmadan tikiniti işlərinin aparılması, həmçinin Zamin Hüseynov küçəsində “El-Beton” firmasının beton istehsal etdiyi məlum olub.
MTK-nın qanuni təmsilçisi Ruslan Həsənzadə və firmanın məsul şəxsi Çingiz Mansurov barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb.