“Nanə Pizza” kafesində planlı yoxlama keçirilib. Sumqayıt24 bu haqda 19 aprel tarixində Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.
Sumqayıtda fəaliyyət göstərən Elçin Hüseynova məxsus kafedə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi müəyyən edilib. Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi, xüsusi geyimlə təchiz edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, ağzı kip bağlanan tullantı qablarından istifadə olunmadığı, bəzi məhsulların markalanmasının qanun tələblərinə cavab vermədiyi, temperatur rejiminə əməl olunmadığı və digər nöqsanlar aşkar olunub.
Sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanların aradan qaldırılması ilə əlaqədar göstərişlər verilib.