Bakı-Sumqayıt yolundakı dəhşətli qəzanın detalları məlum olub. Sumqayıt24 bu haqda 20 iyul tarixində Avtosfer.az-a istinadən xəbər verir.
Məlumata görə, qəzanı törədən sürücü ailəsi ilə birlikdə Laçından gəlirmiş. O, şəhərə qayıdan zaman "Mercedes" markalı avtomobilin sükanı arxasında “2 saniyəlik” yuxuladığını bildirib. Nəticədə də avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaclara çarpılıb.
Sürücü qeyd edib ki, maşın zərbə ilə ağaca çarpılandan sonra ayılıb.
Xatırladaq ki, qəzada sürücünün həyat yoldaşı Südabə Yusifova və onların nəvəsi vəfat ediblər.