Şah Sultan Hüseyn məscidi narkoman yuvasına çevrilib. Bu barədə 11 yanvar tarixində Sumqayıt24 xəbər verir.
XVIII əsrdə tikilən ibadətgah Novxanı qəsəbəsində yerləşir. Tikili uzun zamandır baxımsız vəziyyətdədir və narkomanlardan başqa, buraya gəlib-gedən yoxdur. Ətrafda şpris və “jqut”lara rast gəlinir.
Daxili İşlər Nazirliyindən ATV News-a bildirilib ki, ərazi polis tərəfindən nəzarətə götürülüb.
Qeyd edək ki, əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şah Sultan Hüseyn məscidinin təmir-bərpası üçün hazırlıq görülür.