Sumqayıtda uşaq mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Bu haqda 17 iyul tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Hadisə iyulun 16-da baş verib. Çağırış üzrə FHN-in xilasetmə qüvvələri cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində nəzarətsiz qalmış azyaşlı xilas olunub.