top
Nazir müavini: Sumqayıtda yaşıl sahələrin genişləndirilməsi mühümdür
20 may 2026, 18:00
- ↺ +

Nazir müavini: "Sumqayıtda yaşıl sahələrin genişləndirilməsi mühümdür"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şəhər və yaşayış məkanlarının inkişafı iqlim dəyişikliyinin yaratdığı risklər nəzərə alınmaqla planlaşdırılmalı, xüsusilə qeyri-formal məskunlaşma ərazilərində yaşayan əhalinin təhlükəsizliyi və rifahı prioritet olmalıdır.

Sumqayit24.az xəbər verir ki, bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "İqlim-mənzil əlaqəsi: bərabərsizliyi və ya yerdəyişməni dərinləşdirmədən iqlimə davamlı mənzilləri genişləndirə bilərikmi?" mövzusunda keçirilən sessiyada çıxışı zamanı ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə bildirib.

Onun sözlərinə görə, insanlar daha təhlükəsiz ərazilərdə yaşamalı, əsas xidmətlərə daha sabit çıxış əldə etməli və dayanıqlı infrastrukturdan faydalanmalıdırlar.

"Bu yanaşma Azərbaycanın iqlim siyasəti sənədlərində də öz əksini tapır. Əsas prioritetlərdən biri çoxriskli erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsidir. Bu, BMT Baş katibinin "Hamı üçün erkən xəbərdarlıq" təşəbbüsü ilə də uzlaşır və məqsəd iqlim, təbii fəlakət risklərindən qorunmanın bütün cəmiyyətləri, xüsusilə də həssas qrupları əhatə etməsidir. Bakı və Sumqayıt kimi iri şəhərlərdə iqlim adaptasiyası məqsədilə yaşıl sahələrin genişləndirilməsi, ağacəkmə tədbirlərinin artırılması, kölgəli ictimai məkanların yaradılması, enerji səmərəli binaların tikintisi, istilik izolyasiyasının yaxşılaşdırılması və suya qənaət texnologiyalarının tətbiqi mühüm əhəmiyyət daşıyır. Bu tədbirlər həm şəhərlərdə "istilik adası" effektini azaldır, həm havanın keyfiyyətini yaxşılaşdırır, həm də daşqın risklərini minimuma endirir. Məhdud maliyyə resursları nəzərə alınaraq, ölkə əsas diqqəti aşağıxərcli, lakin yüksək təsirə malik həllərə yönəltməlidir. Yaşıl ictimai məkanların artırılması, su resurslarının səmərəli idarə olunması, binaların izolyasiyasının gücləndirilməsi və icma əsaslı şəhər planlaşdırılması bu baxımdan xüsusilə effektiv hesab olunur", - deyə nazir müavini vurğulayıb.

Ağakərim Səmədzadənin sözlərinə görə, bu yanaşma həm iqlim dəyişikliyinə uyğunlaşmanı sürətləndirir, həm istixana qazı emissiyalarının azalmasına töhfə verir, həm də ümumilikdə sosial dayanıqlılığı gücləndirir.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

Bütün xəbərlər
Dünən, 17:27

"Stansiya Sumqayıt"da kommunal qəza - ərazi keçilməz oldu

İdman
Dünən, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
Dünən, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
Dünən, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Bütün xəbərlər
Dünən, 15:00

Sumqayıtda məşhur restoran 646 min manata satışa çıxarıldı

Bütün xəbərlər
Dünən, 14:31

Sumqayıtda yarımçıq işlərlə bağlı sakinlərdən etiraz

Bütün xəbərlər
Dünən, 13:31

Ceyranbatanda sakinlərdən iki tələb: piyada keçidi və dayanacaq

Bütün xəbərlər
Dünən, 12:40

SDU-da elmi staj keçən qazaxıstanlı doktorantlarla görüş keçirilib

İdman
Dünən, 11:45

Cüdoçumuz Babək Hacıyev də Avropa çempionatında FƏRQLƏNDİ

Bütün xəbərlər
Dünən, 11:00

Avropa çempionu olan Sumqayıt məktəblisi belə qarşılandı

Bütün xəbərlər
Dünən, 10:15

Sürücülərin nəzərinə - yollarda görünüş məsafəsi məhdudlaşa bilər

Bütün xəbərlər
Dünən, 09:11

20 yaşında şəhidlik zirvəsinə ucalan Nicatın doğum günüdür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 28-ci günü - XRONİKA

Bütün xəbərlər
23 oktyabr 2026, 19:00

Sumqayıtda şənbə günü hava yağışlı ola bilər

Bütün xəbərlər
23 oktyabr 2026, 18:30

Almaniya səfiri Sumqayıt Sənaye Parkına səfər edib

Bütün xəbərlər
23 oktyabr 2026, 18:00

Sumqayıtda suyun verilişində fasilələr sakinləri çətin vəziyyətə salıb

Bütün xəbərlər
23 oktyabr 2026, 17:30

Sumqayıtın su təchizatına cavabdeh QSC-nin icraçı direktoru kollektivə təqdim edildi

Bütün xəbərlər
23 oktyabr 2026, 17:00

Hacı Zeynalabdin qəsəbəsində ağacəkmə aksiyası

Bütün xəbərlər
23 oktyabr 2026, 16:25

Sumqayıtda yağışdan sonra məktəbə gedən uşaqlar çətinliklə üzləşirlər

Bütün xəbərlər
23 oktyabr 2026, 16:05

Sumqayıt teatrında "Sürgün sevgi" tamaşasının premyerası keçirildi

Oxşar xəbərlər