Müdafiə sənayesi naziri Sumqayıta gəlib. Sumqayıt24 bu haqda 15 avqust tarixində xəbər verir.
Nazir Vüqar Mustafayev və müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkında (STP) olublar. STP-nin rəhbər şəxsləri qonaqlara istehsal sahələri, görülmüş işlər, gələcək planlar və ixrac uğurlarından danışıblar.
Nazirliklərin rəsmiləri STP-nin zavodlarına da baş çəkiblər. Onlar müəssisələrdəki şərait, müasir avadanlıqlar, istehsal olunan məhsullar və iş prosesi ilə yaxından tanış olublar.