Kənd Təsərrüfatı Nazirliyinin karyera portalında Sumqayıta aid vakansiyalar var. Bu barədə 27 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Kənd təsərrüfatı sahəsində ixtisaslaşan “MKT Cotton” MMC aqrokadr.az-da müxtəlif iş elanları yerləşdirib. Vakansiyalar “Kimya mühəndisi”, “İnsan resursları üzrə təcrübəçi”, “Avtomatika mühəndisi”, “Elektrik”, “Satış üzrə mütəxəssis”, “Tikişçi-Təcrübə proqramı” və “Qazanxana operatoru” vəzifələri üzrədir.
İş üçün müraciət edən şəxslər fərdi seçim əsasında müsahibələrə dəvət ediləcəklər.