top
Novxanıda alkoqolizmdən müalicə alan kişi döyülüb
18 iyul 2024, 04:52
- ↺ +

Novxanıda alkoqolizmdən müalicə alan kişi döyülüb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Reabilitasiya mərkəzində pasiyentə xəsarət yetirilib. Sumqayıt24 bu haqda 18 iyul tarixində Apa.az-a istinadən xəbər verir.

Hadisə Novxanı qəsəbəsində yerləşən “Start” reabilitasiya mərkəzində baş verib. Elvin Eyvazov adlı şəxs polisə müraciət edərək bildirib ki, alkoqolizmdən müalicə aldığı müddətdə müəssisənin Emin və Orxan adlı əməkdaşları ona fiziki və psixi təsir göstəriblər, həmçinin orada müalicə alan Şamil onun sifət və qol nahiyəsinə yumruq zərbələri vurub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat katibi mayor Anar Qafarov məsələ ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, araşdırma zamanı mərkəzin təsisçiləri, eləcə də adları çəkilən əməkdaşları Emin Əliyev və Orxan Şirinovun izahatları alınıb. Onlar E. Eyvazova psixi və fiziki zor tətbiq etmədiklərini bildiriblər.

Pasiyent Şamil İbrahimov isə həmin gün Eyvazovun aqressiv hərəkətlərinə görə ona irad bildirdiyini və qolundan tutaraq masaya əyləşdirdiyini qeyd edib.

Məhkəmə-tibbi ekspertizası zamanı Elvinin üzərində dərəcəsi təyin olunmayan və sağlamlığa zərər vurmayan xəsarətlər aşkarlanıb. Bu barədə rəy verilib.

Araşdırmaların yekunu olaraq iyunun 17-də Ş. İbrahimovun orada müalicə alan E. Eyvazovun sifət və qol nahiyələrinə xəsarət yetirməsi nəticəsində sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirdiyi sübuta yetirilib.

Onun hərəkətində cinayət tərkibi müəyyən olunmayıb. Toplanmış material üzrə cinayət işinin başlanması rədd edilərək barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirləri görülüb.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:55

Sumqayıtın körpü və tunelləri yağışlı mövsümə nə dərəcədə hazırdır?

Bütün xəbərlər
Bu gün, 14:40

"Şam işığında dərs keçirəm" - Saraydan ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 14:17

Sumqayıtda 70 manata kirayə ev tapmaq olar? – ARAŞDIRMA

Bütün xəbərlər
Bu gün, 13:50

Bu gün qısa iş günüdür? - RƏSMİ

Bütün xəbərlər
Bu gün, 13:15

Bu tarixdə Yeri maqnit qasırğası bürüyəcək

Bütün xəbərlər
Bu gün, 12:40

Sumqayıtda bayram günündə hərbi yürüş təşkil ediləcək

Bütün xəbərlər
Bu gün, 12:05

Sumqayıtda tanınmış həkim vəzifəsindən ayrıldı

Bütün xəbərlər
Bu gün, 11:30

Sumqayıt Musiqi Kollecində Zəfər Gününə ilə bağlı konsert keçirildi

Bütün xəbərlər
Bu gün, 11:00

Sumqayıtda 3 avtobus marşrutu yenilənəcək - ÖZƏL

Bütün xəbərlər
Bu gün, 10:23

İşləmək istəməyənlər də uçota alınacaq

Bütün xəbərlər
Bu gün, 09:48

Sumqayıtda tanınmış xanəndənin həyat yoldaşı həbs edildi

İdman
Bu gün, 09:15

Sumqayıt cüdoçusu beynəlxalq yarışda medal qazandı

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Oxşar xəbərlər