Bəxtiyar Dalinin məşhur villasına alıcı tapılıb. Sumqayıt24 bu barədə 1 avqust tarixində xəbər verir.
Novxanıda yerləşən, heykəllərlə bəzədilmiş saray 6 milyon manatdan baha satılıb. Onu alan şəxs malikanəni hotel kimi istifadəyə verməyə hazırlaşır.
Qeyd edək ki, villa Xəzər dənizi sahilində ümumilikdə 0,45 hektar ərazini əhatə edir. 1500 kv.m metr sahəyə malik ev qeyri-adi dizaynı ilə seçilir.