Azərbaycanda meymunçiçəyi virusuna qarşı qabaqlayıcı tədbirlər görülür. Sumqayıt24 bu haqda 19 avqust tarixində xəbər verir.
Ölkəmizə virusun laborator müayinəsi üçün testlər və xəstəliyə qarşı lazımi dərman preparatları gətirilib.
Meymunçiçəyi (yeni adı mpox) viruslu zoonozdur (heyvanlardan insanlara keçən virus), əlamətləri təbii çiçək xəstəliyinə oxşardır, lakin kliniki olaraq daha yüngül keçir.