top
Onu öldürmək istədilər, qazandığı maşını internata bağışladı - Sumqayıtlı meyxanaçı
17 may 2026, 17:00
- +

Onu öldürmək istədilər, qazandığı maşını internata bağışladı - Sumqayıtlı meyxanaçı

Sumqayıt hər zaman öz mərdliyi və sənətə verdiyi böyük imzalarla seçilib. Amma bu şəhərin küçələrindən boylanıb sənətin ən uca zirvələrinə, hətta okeanın o tayına qədər səs salan bir sima var ki, onu tanımaq həm fəxrdir, həm də böyük bir maraq kəsb edir. Söhbət "Meyxananın Professoru" adlandırılan, hər kəlməsində bir hikmət gizlənən Namiq Mənadan gedir.

Universitet illərində bədahətən dediyi şeirlər və qafiyələrindəki hikmət fəlsəfə müəlliminin diqqətindən yaymır. Müəllimi gənc Namiqin sözlərindəki yükü görüb ona: "Sənin sözlərinin çox böyük mənası var, elə təxəllüsün də Məna olsun" deyir. Beləliklə, o gündən Sumqayıtın Namiqi bütün ölkənin "Məna"sına çevrilir.

Onun həyatı sadəcə qafiyələrdən ibarət deyil; bu ömür yolu sanki bir dram əsəridir. Çoxları onu sadəcə meyxanaçı kimi tanısa da, o, əslində İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirmiş peşəkar bir səhnə adamıdır. Elə buna görədir ki, ekranlarda canlandırdığı polis rəisi obrazları o qədər təbii alınıb ki, illərdir xalq arasında onun həqiqətən polis zabiti olduğu barədə əfsanələr gəzir. Lakin onun ən böyük "silahı" paqonu yox, bədahətən dediyi sözləri və iti zəkası olub.

Namiq Mənanın sənət yolu heç də həmişə hamar olmayıb. 1992-ci ildə, hələ yolun başında ikən qarşılaşdığı amansız bir hadisə – paxıllıq edənlər tərəfindən yeməyinə atılan paslı mismarın düz iki il boğazında qalması və ölümlə pəncə-pəncəyə gəlməsi onun iradəsini sındıra bilmədi. Namiq Məna düz iki il boğazında həmin mismarla gəzib, həkimlər çarə tapa bilməyib. Sonda bir "çöpçü" yaşlı qadın həmin paslı mismarı onun boğazından çıxarıb. Bu hadisə onun həyatının ən qorxulu xatirəsidir.

2009-cu ildə ABŞ-nin dövlət katibi Kondoliza Raysın dəvəti ilə Amerikada Azərbaycanın milli bədihə sənətini təmsil edir.

Amma Namiq Mənanı xalqın gözündə ucaldan təkcə beynəlxalq uğurları deyil, həm də onun böyük ürəyidir. 2006-cı ildə milyonların izlədiyi yarışmada qalib gəlib qazandığı avtomobili bir an belə düşünmədən Saray qəsəbəsində fiziki qüsurlu uşaqlar üçün internat evinə bağışladı.

Namiq Məna məşhur komediya aktyoru Ələkbər Əliyevin qardaşıdır. Həmçinin oğlu Məna Əliyev də atasının yolunu davam etdirərək bu sənətdə tanınır.

Namiq Məna hərbi hissələrdə, xüsusilə cəbhə bölgələrində ən çox konsert verən sənətkarlardan biridir.

O, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qubadlı regional bölməsinin sədridir, Mədəniyyət Nazirliyinin Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşı kimi fəaliyyət göstərir

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:00

"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" ilə bağlı SAZİŞ

Bütün xəbərlər
Bu gün, 13:20

Sumqayıtda yeni müəssisə fəaliyyətə başlayacaq

İdman
Bu gün, 12:40

Sumqayıtda paraüzgüçülük üzrə ölkə çempionatı keçirilir

Bütün xəbərlər
Bu gün, 12:06

Qəbul imtahanının nəticələri nə vaxt açıqlanacaq

Bütün xəbərlər
Bu gün, 12:00

Milli Qəhrəman Mübariz İbrahimovun anım günüdür

Bütün xəbərlər
Bu gün, 11:20

Sumqayıtda tanınmış tarix müəllimi vəfat etdi

Bütün xəbərlər
Bu gün, 10:35

Qəzada vəfat edən Zəhra torpağa tapşırılıb

Bütün xəbərlər
Bu gün, 09:55

Fərhad Mehdiyev: "Qızım mənə "bloqerlər vəkillərdən çox pul qazanır" deyirdi…"

Bütün xəbərlər
Bu gün, 09:15

Sumqayıtda tülkülər ARTIB

Bütün xəbərlər
Dünən, 19:30

Sabah çimərliklərdə hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 19:00

Sumqayıtın gənc istedadı beynəlxalq olimpiadaya yollanır

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtın intensiv istifadə olunan ərazisindəki baxımsızlıq…

İdman
Dünən, 17:50

Ruslan və Gültac Olimpiya yolunda növbəti sınağa hazırlaşırlar

İdman
Dünən, 17:10

Sumqayıtda bu idman üzrə ilk ölkə birinciliyi keçiriləcək

Bütün xəbərlər
Dünən, 16:37

Sumqayıtdakı reabilitasiya mərkəzi ilə bağlı məhkəmədə yeni detallar açıqlandı

Bütün xəbərlər
Dünən, 16:25

Sumqayıtlı şagird İsveçdə biliyi ilə fərqlənib

Bütün xəbərlər
Dünən, 16:07

Prezident səhiyyə işçilərini təltif edib

Bütün xəbərlər
Dünən, 15:52

17 yaşlı qızın həlak olduğu qəzanın detalları məlum oldu - RƏSMİ

Bütün xəbərlər
Dünən, 15:45

Sabah 35 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 15:21

Dəniz suyu içməli olacaq - Sumqayıtda layihə başlayır

Bütün xəbərlər
Dünən, 15:14

Sumqayıtda çirkab su problemi: Qurumdan açıqlama

Bütün xəbərlər
Dünən, 15:05

İnzibati xəta törətmiş şəxsə psixatriya yardımı razılıqsız göstəriləcək

Bütün xəbərlər
Dünən, 14:47

Magistraturaya qəbul imtahanının nəticələri elan olunub

Bütün xəbərlər
Dünən, 14:25

Bu gündən I sinfə qəbulda yeni mərhələlər başladı

Oxşar xəbərlər