Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərin suallarını cavablandırıb.
Sumqayit24.az Ermənistan mediasına istinadən xəbər verir ki, baş nazir verdiyi cavabların birində Sumqayıt şəhərinə qayıdış məsələsinə də toxunub. O bildirib ki, Qarabağ məsələsi bağlanıb və artıq davam etməyəcək:
"Qarabağa, Naxçıvana, Bakıya, Sumqayıta, Gəncəyə, Yevlaxa və digər yerlərə dönüş məsələsi gündəmdə olmayacaq. Bu məsələ münaqişə mövzusudur, sülh deyil. Bu qədər aydındır".