Sentyabrın 1-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Sumqayıt24 Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Sumqayıtda şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Temperatur gecə 21-26°, gündüz 33-38° isti olacaq.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm-ə düşəcək. Nisbi rütubət gecə 60-70%, gündüz isə 40-45% təşkil edəcək.