Sumqayıtda imtahan olacaq. Sumqayıt24 bu haqda 1 avqust tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyinə istinadən xəbər verir.
İmtahan peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimi və istehsalat təlimi ustalarının işə qəbulu üzrədir. Müsabiqə 2 avqust saat 09:30-da başlayacaq.
Məkanla bağlı detallı məlumat müraciətçilərin şəxsi kabinetində yerləşdiriləcək və SMS formasında göndəriləcək.