“Planetlərin paradı” olacaq.
Sumqayıt24 xəbər verir ki, Merkuri, Mars, Yupiter, Uran, Neptun, Saturn və Ay Günəşin bir tərəfində düzüləcək. Nadir kosmik hadisə avqustun 28-i səhər saatlarında, təxminən 160 dərəcəlik sektorda müşahidə ediləcək.
Aydın havada parad iştirakçılarının bəzilərini adi gözlə, qalanlarını isə teleskopla görmək mümkün olacaq.