Sumqayıtda “Onlar bir incidir” adlı layihə baş tutub. Sumqayıt24 bu haqda Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
“Dostluq” mədəniyyət evinin hazırladığı tədbir Poeziya evində təşkil olunub. İdarə rəisi Rəşad Əliyev bugünkü qonaq şair, yazıçı, nasir, tərcüməçi Seyran Səxavəti salamlayıb, ona gül dəstələri və xüsusi hazırlanan hədiyyəni təqdim edib.
Layihənin aparıcısı Əminəxatun Tərlan bildirib ki, proqramın məqsədi peşəsindən, ixtisasından asılı olmayaraq öz sənətinin peşəkarı, sənətkarı və incisi olan insanları öz tamaşaçıları ilə görüşdürməkdir.
Xalq şairi Sabir Rüstəmxanlı, şair, Əməkdar mədəniyyət işçisi, Prezidentin Fərdi təqaüdçüsü Əşrəf Veysəlli, şairə, Əməkdar müəllim, Prezidentin Fərdi təqaüdçüsü Ofelya Babayeva və digər yazarlar Seyran Səxavətin yaradıcılığından danışıblar.
Tədbir musiqi nömrələri və çıxışlarla davam edib.