Sumqayıtda 11 tona yaxın süd məhsulları utilizasiya edilib. Bu barədə 8 avqust tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər veririk.
“Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus poliqonda istehlaka yararsız və istifadə müddəti bitmiş 67 adda, 10.835 kq müxtəlif növ süd məhsulları məhv edilib. Məhsullar “AZ FP CO LTD” MMC-yə məxsusdur.