Azərbaycanda qanunsuz yaşayan əcnəbilər vətəndaşlarımızla nikah bağlaya bilməyəcəklər. Sumqayıt24 bu haqda 24 iyul tarixində xəbər verir.
Prezident İlham Əliyev Ailə Məcəlləsinə edilən bu dəyişikliyi təsdiqləyib. Belə ki, aralarında nikahın bağlanmasına yol verilməyən şəxslərin sırasına ikisindən biri və ya hər ikisi ölkə ərazisində qanunsuz olan (yaşayan) əcnəbilər və ya vətəndaşlığı olmayan kəslər də əlavə edilib.