Prezident İlham Əliyev sosial şəbəkə hesablarında Azərbaycan minifutbol millisinin Avropa çempionu olması ilə bağlı paylaşım edib
Paylaşımda qeyd olunub:
"2022-ci ildə Avropa çempionu, 2025-ci ildə dünya çempionu olmuş Azərbaycan minifutbol millisi ölkəmizin idman tarixinə daha bir parlaq səhifə yazaraq növbəti dəfə Avropa çempionu oldu. Bu qələbənin komanda idman növündə qazanılması ikiqat sevindiricidir. Komandamızı bu möhtəşəm qələbə münasibətilə səmimi-qəlbdən təbrik edir, millimizə yeni-yeni uğurlar arzulayıram.
Yaşasın Azərbaycan!".