Qızıl Aypara Cəmiyyətinin (QAC) Sumqayıt şəhər bölməsinin 5 könüllüsü maarifləndirici təlimə qatılıb. Bu haqda 3 avqust tarixində Sumqayıt24 xəbər verir.
Könüllülər 5 günlük “Mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr” adlı təlimdə iştirak ediblər. Tədbirin məqsədi könüllülərin bilik və bacarıqlarının artırılması, gələcək fəaliyyətlərdə əhali arasında peşəkarcasına maarifləndirmə işlərinin həyata keçirilməsinə dəstək olmaqdan ibarətdir. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.