Qızıl Aypara Cəmiyyəti (QAC) Sumqayıt bölməsində görüş keçirilib. Sumqayıt24 bu haqda 17 avqust tarixində xəbər verir.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Əməkdaşlıq üzrə məsul işcisi Sevil Süleymanovanın müşayiəti ilə Fransadan gələn Nəticələrin təhlili məşğələsi üzrə konsultant Mark Şeper bölmədə olub.
Görüşün məqsədi Nəticələrin təhlili məşğələsi üzrə Sumqayıt şəhər bölməsi ilə müzakirələr aparmaq, Milli Cəmiyyətlərin İnkişafı proqramını nəzərdən keçirmək və görülən işlərin təhlilini aparmaq idi.
QAC Sumqayıt Regional Mərkəzinin koordinatoru Mətanət Məhərrəmova ötən 4 il ərzində bölmənin fəaliyyəti barədə danışıb, bölmə sədri Şəhriyar Əliyev və könüllülər isə qonağın suallarını cavablandırıblar.