Qərbi Azərbaycan İcmasının (QAİ) Sumqayıt şəhər nümayəndəliyinin yaranmasının 1-ci ildönümü münasibətilə toplantı keçirilib. Bu haqda 18 iyul tarixində Sumqayıt24 xəbər verir.
Tədbirdə il ərzində icma tərəfindən görülən işlərdən, həyata keçirilən layihələrdən danışılıb. Daha sonra şəhər nümayəndəliyinin fəaliyyətində fəallıq göstərən, xüsusi xidmətləri ilə seçilən icma üzvləri Təşəkkürnamə ilə təltif olunublar. İcmaya yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqəsi və döş nişanları təqdim olunub.