Ötən gün sərnişin avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb. Bu haqda 13 iyul tarixində Sumqayıt24 Apa.az-a istinadən məlumat verir.
Xəbər verdiyimiz kimi, Bakı–Quba magistral yolunda, “Azertexnolayn” MMC-nin yanında 3 nömrəli avtobus TİR-lə toqquşub. Qəza zamanı xəsarət alan 12 nəfərdən 10-u ambulator müalicə üçün evə buraxılıb.
Hazırda 1 nəfərin (kişi cinsli) müalicəsi Neyrocərrahiyyə (vəziyyəti ağır olmaqla), digər 1 nəfərin (vəziyyəti orta ağır olmaqla) müalicəsi isə Təcili yardım şöbəsində davam etdirilir.