Qazaxıstan səfiri Serjan Abdıkarimov Sumqayıta səfər edib. Sumqayıt24 bu barədə 15 noyabr tarixində xəbər verir.
Səfər zamanı qonaq Heydər Əliyev Mərkəzini ziyarət edib. Muzey əməkdaşı səfiri ümummilli lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolunu əks etdirən eksponatlarla tanış edib.
Sonda ekskursiyanın maarifləndirici keçdiyini qeyd edən səfir əhatəli tura və bələdçi xidmətinə görə təşəkkürünü bildirib və mərkəzin kitabxanasına Qazaxıstanın antropologiyası haqqında kitab hədiyyə edib.