Sumqayıtda şəhid Əli Vəliyevin xatirə lövhəsi qoyulur. Bu barədə 22 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Hazırda 41-ci məhəllədə, onun yaşadığı binanın önündə bu istiqamətdə tikinti aparılır. Məlumata görə, işlər Əlinin qonşusu olmuş qazi ailəsi tərəfindən maliyyələşdirilir. Lövhənin açılış mərasimi sentyabrın 28-nə planlaşdırılır.
Qeyd edək ki, Vətən müharibəsinin şəhidi Əli Vəliyev 15 iyun 2002-ci ildə Sumqayıt şəhərində dünyaya gəlib. [modula id="23643"]