I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələrinin elan olunacağı vaxt açıqlanıb.
Apa.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, imtahanın nəticələrinin növbəti həftə ərzində (iş günləri) açıqlanması nəzərdə tutulur.
Qeyd edək ki, I və IV ixtisas qrupları üzrə qəbul imtahanı iyunun 7-də keçirilib.