Tanınmış vəkil Fərhad Mehdiyevin iyun ayının 16-da ağır yol qəzasında vəfat edən qızı dəfn olunub
Unikal.az-ın məlumatına görə, 17 yaşlı Zəhra Mehdizadə ötən gün Xırdalandakı qəbiristanlıqda torpağa tapşırılıb.
Qeyd edək ki, Bakı-Sumqayıt yolunda nasaz nəqliyyat vasitəsinin dayandığı zolaqda hərəkətdə olan motosiklet sürücüsü 17 yaşlı Zəhra Mehdizadə mövcud şəraiti vaxtında qiymətləndirə bilməyib və gəldiyi sürətlə də avtomobilə çırpılıb.
Vəkil Fərhad Mehdiyev isə açıqlamasında qızının faciəvi ölümündə əsas səbəbkar kimi yolun sol tərəfində dayanan avtomobili göstərib.