Sumqayıtda “Tarix yazan qəhrəmanlar” aksiyası keçirilib. Sumqayıt24 bu haqda 27 dekabr tarixində Unikal.az-a istinadən xəbər verir.
Aksiya “Qırmızı Ürəklər” (“Red Hearts”) Fondu tərəfindən STP şirkətlər qrupunun dəstəyi ilə təşkil olunub. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində 220 qazi və şəhid ailəsinə bayram hədiyyələri çatdırılıb.
Prosesdə “Qırmız Ürəklər”in, STP-nin və “Kapital Bank”ın könüllüləri iştirak ediblər.