top
Qurban ətini kimlərə paylamaq olar?
22 may 2026, 18:39
- ↺ +

Qurban ətini kimlərə paylamaq olar?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qarşıdan Qurban bayramı gəlir. Müsəlmanlar üçün böyük əhəmiyyət daşıyan bu bayram əsrlərdir paylaşma, yardımlaşma, mərhəmət və həmrəylik simvolu kimi qeyd olunur.

 

Bəs görəsən, qurbanlıq ət necə kəsilməli və paylanmalıdır? Həmin ətdən kimlərə vermək mütləqdir? Və ya əksinə, kimlərə vermək olmaz? Hansısa işin baş tutması üçün qoyulan (nəzir) qurbanı bayram günü kəsmək lazımdır, yoxsa bayramdan əvvəl? Bayramın vacib əməlləri nədir?

 

İlahiyyatçı Ağa Hacıbəyli Lent.az-a açıqlamasında bildirib ki, qurbanlıq əti üç istiqamətdə bölüb, ehtiyaclı insanlara vermək lazımdır:

 

"Qurbanlıq heyvan bayram namazından sonra kəsilməli və üç əsas istiqamətdə – ailəyə, qonşulara və fəqirlərə bölünüb paylanmalıdır. İslam dinində qurban ibadətinin əsas məqsədlərindən biri insanlar arasında yardımlaşma və paylaşma hissini gücləndirməkdir. Bu səbəbdən qurban əti mütləq ehtiyaclı və möhtac insanlara çatdırılmalıdır. Həmin şəxslər həm yaxın qohum, həm də qonşu ola bilərlər. Bununla yanaşı, qurbanlıqdan maddi vəziyyəti yaxşı olan insanlara pay vermək də qadağan deyil.

 

Qurban bayramı İslam aləmində humanizm, mərhəmət və fədakarlıq nümunəsi hesab olunur. Bu bayram yalnız ibadət deyil, eyni zamanda cəmiyyət daxilində sosial həmrəyliyin gücləndiyi xüsusi günlərdən biridir. Bu baxımdan qurban əti içki içən şəxslər istisna olmaqla, müsəlman olmayan, lakin ehtiyac içində yaşayan insanlara da verilə bilər. Bu yanaşma İslam dininin yardımlaşma və humanizm prinsiplərinə verdiyi önəmi göstərir".

 

İlahiyyatçı qeyd etdi ki, nəzir qurbanını xüsusi olaraq gözləyib bayram günü kəsməyin xüsusi bir mənası yoxdur:

 

"Niyyət edilən hadisə bayram ərəfəsində baş veribsə, həmin qurbanı bayram günündə kəsmək olar. Bununla belə, din alimləri niyyət qurbanının İsmayıl qurbanı ilə qarışdırılmamasını daha məqsədəuyğun hesab edirlər. Çünki İsmayıl qurbanı Allaha yaxınlıq mənasını ifadə edən xüsusi bir ibadətdir və dini mahiyyəti ilə seçilir.

 

Bayram gününün vacib əməlləri sırasında qüsul almaq, bayram namazına getmək və namazdan sonra "Allahu-əkbər" təkbirlərini gətirmək yer alır. Bu ibadətlər müsəlmanların mənəvi birliyini daha da gücləndirən əsas amillərdən sayılır. Qurban bayramının əsas hədəfi müsəlmanlar arasında barışığı yaymaq, həmrəyliyi, qardaşlığı və vəhdəti qorumaqdır. Bayram günlərində küsülülərin barışması, ehtiyaclı insanların sevindirilməsi və ailə bağlarının möhkəmləndirilməsi də bu müqəddəs günün mühüm mənəvi dəyərləri sırasında göstərilir".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

Bütün xəbərlər
Dünən, 17:27

"Stansiya Sumqayıt"da kommunal qəza - ərazi keçilməz oldu

İdman
Dünən, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
Dünən, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
Dünən, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Bütün xəbərlər
Dünən, 15:00

Sumqayıtda məşhur restoran 646 min manata satışa çıxarıldı

Bütün xəbərlər
Dünən, 14:31

Sumqayıtda yarımçıq işlərlə bağlı sakinlərdən etiraz

Bütün xəbərlər
Dünən, 13:31

Ceyranbatanda sakinlərdən iki tələb: piyada keçidi və dayanacaq

Bütün xəbərlər
Dünən, 12:40

SDU-da elmi staj keçən qazaxıstanlı doktorantlarla görüş keçirilib

İdman
Dünən, 11:45

Cüdoçumuz Babək Hacıyev də Avropa çempionatında FƏRQLƏNDİ

Bütün xəbərlər
Dünən, 11:00

Avropa çempionu olan Sumqayıt məktəblisi belə qarşılandı

Bütün xəbərlər
Dünən, 10:15

Sürücülərin nəzərinə - yollarda görünüş məsafəsi məhdudlaşa bilər

Bütün xəbərlər
Dünən, 09:11

20 yaşında şəhidlik zirvəsinə ucalan Nicatın doğum günüdür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 28-ci günü - XRONİKA

Bütün xəbərlər
23 oktyabr 2026, 19:00

Sumqayıtda şənbə günü hava yağışlı ola bilər

Bütün xəbərlər
23 oktyabr 2026, 18:30

Almaniya səfiri Sumqayıt Sənaye Parkına səfər edib

Bütün xəbərlər
23 oktyabr 2026, 18:00

Sumqayıtda suyun verilişində fasilələr sakinləri çətin vəziyyətə salıb

Bütün xəbərlər
23 oktyabr 2026, 17:30

Sumqayıtın su təchizatına cavabdeh QSC-nin icraçı direktoru kollektivə təqdim edildi

Bütün xəbərlər
23 oktyabr 2026, 17:00

Hacı Zeynalabdin qəsəbəsində ağacəkmə aksiyası

Bütün xəbərlər
23 oktyabr 2026, 16:25

Sumqayıtda yağışdan sonra məktəbə gedən uşaqlar çətinliklə üzləşirlər

Bütün xəbərlər
23 oktyabr 2026, 16:05

Sumqayıt teatrında "Sürgün sevgi" tamaşasının premyerası keçirildi

Oxşar xəbərlər