top
Ramazandan sonra necə qidalanmaq lazımdır? – Mütəxəssislərdən AÇIQLAMA
31 mart 2025, 06:17
- ↺ +

Ramazandan sonra necə qidalanmaq lazımdır? – Mütəxəssislərdən AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ramazan ayı artıq başa çatmaq üzrədir. Sabah Ramazan bayramı qeyd olunacaq. Süfrələrimizi ləziz nemətlər bəzəyəcək, müxtəlif təamlar düzüləcək. Müqəddəs ayda oruc tutan bütün müsəlmanlar üçün Ramazan bayramının bir başqa önəmi var. Lakin bayram süfrəsindəki bol və ləziz yeməklər, müxtəlif çeşiddə şirniyyatlar bir ay boyunca dincələn orqanizmə ağır gələ bilər. Bir ay oruc vəziyyətinə öyrəşmiş mədəmiz yenidən qidaların “hücumuna” məruz qalır.

Belə olan halda oruc tutanlar Ramazandan sonra necə qidalanmalıdırlar ki, səhhətlərində hər hansı fəsadlar yaranmasın? Oruc qrafikində olan orqanizm birdən-birə əvvəlki rejimə qayıdanda hansı fəsadlar yarana bilir?

Mövzu ilə bağlı İnsanoid.com-a açıqlama verən tanınmış həkim-diyetoloq, uzunömürlülük üzrə ekspert, pəhriz kitablarının müəllifi Leyla Zülfüqarlının sözlərinə görə, insanlar Ramazan ayında qidalanmalarında etdiklərinin 30 faizini yenidən etməlidirlər:

“Bir ay boyunca orqanizmin metabolizmasında bir növ dəyişikliklər baş verir. Çünki qidalanmalarda müəyyən vaxt aralığı var. Həmin vaxt aralığından sonra yenidən birdən-birə gündəlik rutinimizdə etdiyimiz səhvləri edə bilmərik.

Ramazan ayında fizioloji proseslər baş verdi. Sözün əsil mənasında qaraciyər hüceyrələrimiz yeniləndi. Orqanizm bu prosesi davam etməyə hazırdır. İnsanlar Ramazan ayında qidalanmalarında etdiklərinin 30 faizini yenidən etməlidirlər.

Bu ayda bir növ az porsiyalı qidalara öyrəşmiş olduq. Ramazan ayı sağlam qidalanmaq üçün fürsətdir. Bu ayda doğru qidalanmışıqsa, Ramazandan sonra da bol karbohidratlı və yağlı qidalara son verməliyik”.

Diyetoloq Ləman Süleymanova isə qeyd edib ki, Ramazan ayından sonra normal rejimə keçid etmək lazımdır:

“Bu hər zaman aktual olan mövzudur. Oruc tutmaq özü bir tibbi sağlamlıqdır. Amma təbii ki, düzgün oruc tutmaq. Elə insan var ki, səhər imsaka oyanmır, axşama qədər yatır. Axşam da oyanıb, bolluca yemək yeyir. Daha sonra da səhərə qədər qidalanır. Bu, oruc tutmaq deyil. Həm tibbi, həm də dini baxımdan düzgün sayılmır. Düzgün oruc tutmayan insanlar hər zaman mədə-bağırsaq ilə bağlı problem yaşayırlar. Normal rejimə keçən zaman diskomfort hissi ilə qarşılaşırlar. Hətta bəzilərində ciddi problemlərə yol açır. Arterial təzyiq və şəkər qalxır. Mədə-bağırsaq xəstəliyinə gətirib çıxarır”.

L.Süleymanova əlavə edib ki, orucluqdan sonra insanlar bir sıra problemlərlə üzləşə bilərlər:
“Orucluq başqa bir rejimdir. Ramazanın ilk günləri insanlar özlərini fərqli hiss edirlər. Orucluqdan sonra da başqa bir rejim işə düşür. Bir müddət problemlər yaranması mümkündür. İnsanlar yüngül baş ağrıları, ürək bulanma, halsızlıq ilə qarşılaşmaq mümkündür. Arterial təzyiqi yüksək olan insanların şəkəri də qalxa bilər. Bunun qarşısını almaq üçün rejimlə qidalanmaq lazımdır. Orucluq rejimindən normala keçid etmək üçün mütləq səhər yeməyinə oyanmalısınız. Günorta yeməyi də aktivliyimizi təmin edir. Axşam yeməyini yüngülləşdirmək lazımdır. Onsuz da lazım olan vitaminləri orqanizmimiz saat 15:00-a qədər mənimsəyir.

Elə insanlar var ki, səhər, günorta yemir. Axşam yeyir. Orucluqdan sonra belə etmək olmaz. Bu, ciddi problemlərə yol aça bilər. Piylənmə, arterial təzyiq və şəkərin qalxması mümkündür. Mədə və bağırsaqda ciddi problemlər ola bilər. Səhər yeməyi vacibdir. Günorta yeməyi məsləhətdir. Axşam yeməyində tərəvəzlərə üstünlük verilməlidir. Bu, həzmdə problemlər yaratmayacaq”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:05

Sumqayıtda sabah 23 dərəcə isti olacaq

Bütün xəbərlər
Bu gün, 14:24

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Bütün xəbərlər
Bu gün, 14:11

Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir

Bütün xəbərlər
Bu gün, 14:00

Novxanıdakı "MİLYONLUQ SARAY"ın sahibi həbs edildi

Bütün xəbərlər
Bu gün, 13:30

Sumqayıtda ərazini çirkab sular basdı - ŞİKAYƏT

İdman
Bu gün, 12:55

"Sumqayıt" – "Şəfa" matçında bu qədər azarkeş izləyib

Bütün xəbərlər
Bu gün, 12:28

Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib

Bütün xəbərlər
Bu gün, 12:25

Sumqayıtlı şəhid anası vəfat etdi

Bütün xəbərlər
Bu gün, 11:50

Sumqayıt Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi

Bütün xəbərlər
Bu gün, 11:15

Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə d*ydü

Bütün xəbərlər
Bu gün, 10:50

24 yaşlı Sumqayıt sakini qəzada həlak oldu

Bütün xəbərlər
Bu gün, 10:20

Sumqayıtda "Mənim hüququm nədir?" mövzusunda inşa müsabiqəsi təşkil olunur

Bütün xəbərlər
Bu gün, 09:45

Toz, çirk və mazut qoxusu – Sumqayıt avtobuslarından ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 09:12

Sərnişinlər qapıların bağlanmasına mane oldu, qatar gecikdi

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 38-ci günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:40

"Ərazidə dayanmaq olmur": sumqayıtlılardan narazılıq

Bütün xəbərlər
Dünən, 18:20

Ceyranbatanda zibil həftələrlə küçədə qalır? - İDDİA

Bütün xəbərlər
Dünən, 18:09

Qoyun leşləri günlərdir ərazidən yığışdırılmır…

Bütün xəbərlər
Dünən, 17:42

Sumqayıtda velosiped və skuterlərin hərəkəti üçün yeni addım

Bütün xəbərlər
Dünən, 17:05

Müəllimlərə güzəşt - avtobus və metro 1 QƏPİYƏ

Bütün xəbərlər
Dünən, 16:35

Sumqayıtda tələbə qız ölü tapılıb

Bütün xəbərlər
Dünən, 16:00

Sumqayıtda qadının dələduzluq sxemi: pensiya, iş və hərbi xidmətdən azadolma vədləri

Bütün xəbərlər
Dünən, 15:30

Tanış olduğu qadını aldadıb 96 min manatını aldı - Sumqayıtda film kimi cinayət

Bütün xəbərlər
Dünən, 14:55

Sumqayıtda maşın qaz xəttinə çırpılıb

Oxşar xəbərlər