Sumqayıtda hava isinəcək. Sumqayıt24 bu haqda 22 iyul tarixində Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
İyulun 23-də havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin günün ikinci yarısında qısamüddətli yağış ehtimalı var. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəzlənəcək.
Temperatur gecə 20-25°, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunu, nisbi rütubət isə 50-70% təşkil edəcək.