Sumqayıtda sabah havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Sumqayıt24 bu haqda 5 avqust tarixində xəbər verir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avqustun 6-da cənub-qərb, səhərdən isə mülayim şimal-qərb küləyi əsəcək. Temperatur gecə 21-26°, gündüz 33-38° isti olacaq.
Atmosfer təzyiqi normadan 753 mm civə sütununa düşəcək. Nisbi rütubət gecə 70-80%, gündüz isə 50-60% təşkil edəcək.