Sumqayıtın sabaha olan hava proqnozu açıqlanıb.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, iyulun 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Temperatur gecə 19-21°, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm-ə enəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 45-50% təşkil edəcək.