Milli Hidrometeorologiya Xidməti hava proqnozunu açıqlayıb. Sumqayıt24 bu haqda 1 avqust tarixində xəbər verir.
Sumqayıtda avqustun 2-də havanın yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyini səhər şimal-şərq küləyi əvəzləyəcək. Temperatur gecə 21-26°, gündüz 30-35° isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75%, gündüz isə 45-55% təşkil edəcək.