Sumqayıtda hava qeyri-sabit olacaq. Sumqayıt24 bu haqda 15 avqust tarixində Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Avqustun 16-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyini əvəzləyəcək.
Temperatur gecə 20-24°, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə 65-75% təşkil edəcək.