Noyabrın 26-da havanın yağıntılı keçəcəyi gözlənilir.
Sumqayit24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Sabah Sumqayıtda bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Gündüz yağıntıda fasilə olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-10° isti, gündüz 11-13° isti olacaq.
Qeyd edək ki, yağıntılı hava şəraitinin noyabrın 27-si gündüzədək davam edəcəyi gözlənilir.