Ümumi təhsil müəssisələrinə şagirdlərin elektron yerdəyişmə prosesi dayandırılacaq.
Sumqayıt24 Report.az-a istinadən xəbər verir ki, valideynlər sy.edu.az elektron sistemi vasitəsilə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesini 30 avqust saat 18:00-dək başa çatdırmalıdırlar.
Həmin müddətə qədər sorğu yerləşdirən valideynlər sentyabrın 5-i saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.
Proses yekunlaşdıqdan sonra tamamlanmayan sorğular və növbələr avtomatik olaraq sistem tərəfindən silinəcək.