Sumqayıtda sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələr üçün layihə icra olunur. Sumqayıt24 bu barədə 27 sentyabr tarixində Xeberle.com-a istinadən xəbər verir.
Proqram "Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyi tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
İlk növbədə uşaqların bacarıqları qiymətləndirilib, valideynlərə tövsiyələr verilib. Rəssam və musiqi terapevti tərəfindən yaradılmış innovativ dərnəklərdə uşaqlara incəsənətin müxtəlif bölmələri öyrədilir. Təlimlər zamanı onlar həm öyrənir, həm də dincəlirlər. Rəqs terapevti isə öz növbəsində milli musiqimizi həvəslə tədris edir. Uşaqların davranışlarında olan problemlər psixoloq, nitq qüsurları loqoped, qavrama və dərk etmədəki çətinliklər pedaqoq tərəfindən aradan qaldırılır.