Sumqayıtda 20 sentyabr - "Neftçilər günü" ilə əlaqədar iməcilik keçirilib. Bu barədə 17 sentyabr tarixində sosial şəbəkələrə istinadən xəbər veririk.
İşlər Qaz İstismar sahəsinin inzibati binasının təsərrüfat həyətində və Sumqayıt QİS-ə məxsus QTM-lərdə təşkil olunub. Ərazidə müxtəlif güllər və həmişəyaşıl kollar əkilib, ağacların dibi bellənib, təbii gübrələr verilib və digər lazımi işlər həyata keçirilib.