Sumqayıt şəhər icra başçısı Zakir Fərəcov səyyar qəbul keçirib. Bu haqda 27 iyul tarixində Sumqayıt24 xəbər verir.
Qəbul 8-ci mikrorayon ərazisində təşkil olunub. Görüşdə İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər.
Sakinləri fərdi qaydada dinləyən şəhər rəhbəri qaldırılan məsələlərin bir qismini yerindəcə həll edib. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verib.