Sumqayıtda şəhid Cəbrayıl Dövlətzadənin anım mərasimi keçirilib. Sumqayıt24 bu barədə 28 sentyabr tarixində şəhər İcra Hakimiyyətinə istinadən xəbər verir.
Tədbirdə millət vəkili Müşfiq Məmmədli, şəhər İH-nin məsul şəxsləri Gündüz Əliyev, Tərlan Hacızadə, Cümə Məscidinin Axundu Hacı Rauf Sərdərov, şəhid ailələri, qazilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Cəbrayıl ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.