Sumqayıtda kitabxana əməkdaşları şəhid ailəsini ziyarət ediblər. Bu barədə 5 oktyabr tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər veririk.
Nizami Gəncəvi adına Kitabxana klubunun əməkdaşları şəhid Eldar Abdullayevin ailəsi ilə görüşüblər. Kollektiv ailə ilə birlikdə qəhrəmanımız haqqında söhbət edib, qayğıları ilə maraqlanıb, maddi və mənəvi dəstək olub.
Azərbaycan Ordusunun baş giziri olan hərbi tibb qulluqçusu Eldar Firuddin oğlu Abdullayev ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.