H.Z.Tağıyev qəsəbəsində şəhid Fərid Mehbalı ilə vida mərasimi keçirilib. Sumqayıt24 bu barədə 14 sentyabr tarixində məlumat verir.
Azərbaycan-Ermənistan dövlət sərhədində erməni silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) kapitanı Fərid Kəmaləddin oğlu Mehbalı şəhid olub. Vida mərasimində millət vəkilləri, şəhər rəsmiləri, hərbi qulluqçular və sakinlər iştirak ediblər.
Mehbalı 2-ci Fəxri Xiyabanda torpağa tapşırılıb.
Allah rəhmət eləsin!