Vətən müharibəsi şəhidi Nurlan Ağakişiyevin mövlududur.
Nurlan Etibar oğlu Ağakişiyev 22 iyul 2002-ci ildə Sumqayıtda anadan olub. O, 2008-2017-ci illərdə Mehdiabad qəsəbəsindəki 3 nömrəli məktəbdə, 2017-2019-cu illərdə isə Bakı İdarəetmə və Texnologiya Kollecində oxuyub.
Nurlan 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. Əsgər Ağakişiyev 28 sentyabr 2020-ci ildə Ağdam rayonu istiqamətində gedən döyüşlərdə şəhadətə ucalıb. II Fəxri xiyabanda torpağa tapşırılıb.
Ölümündən sonra “Vətən uğrunda” və “Ağdamın azad olunmasına görə” medallarına layiq görülüb.
Qeyd edək ki, Nurlanın atası Etibar Ağakişiyev I Qarabağ müharibəsi qazisidir.