Şəhid Anar Qorçuyevin adına park tikilir. Bu barədə 8 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
İstirahət guşəsi Sumqayıt şəhərində, Bakı-Quba yolunun kənarında yerləşəcək. Həmin əraziyə yaxın yerdə şəhidimizin ailəsi yaşayır. Tikinti işləri məhz onların təşəbbüsü və maddi imkanı hesabına həyata keçirilir.
Aidiyyəti qurumlar razılıq verərsə, burada kiçik xatirə muzeyi də inşa oluna bilər.
Qeyd edək ki, baş leytenant Anar Qorçuyev müharibə zamanı Füzuli rayonunda şəhid olub. Dünən onun anım günü idi.
[modula id="24702"]