Sumqayıtda 10 şəhidin xatirəsinə qoyulmuş abidə baxımsız vəziyyətdədir. Sumqayıt24 bu haqda 5 avqust tarixində Xeberle.com-a istinadən xəbər verir.
Birinci Qarabağ Müharibəsi şəhidlərinə həsr olunmuş bu abidə 1994-cü ildə 24 nömrəli məktəbin həyətində inşa edilib. Təhsil ocağının direktoru Nəsibə Cabbarova mövcud məsələ ilə bağlı açıqlama verib:
"Yaxınlıqda yeni hündürmərtəbəli bina tikilir. Binanın tikintisi yekunlaşdıqdan sonra məktəbin həyəti və şəhid abidəsi də abadlaşdırılacaq. Bizim məktəbimizin də 3 məzunu şəhid olub.”