Saray-Novxanı yolunda yaranmış vəziyyətlə bağlı sürücülərin şikayəti var.
Sumqayit24.az-a daxil olan məlumata görə, şəhid Elnur Allahverdizadə küçəsində yolun vəziyyəti qənaətbəxş deyil. Belə ki, küçənin müxtəlif hissələrində yaranan çoxsaylı çökəkliklər nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir.
Sakinlərin sözlərinə əsasən, mövcud vəziyyət avtomobillərə maddi ziyan vurmaqla yanaşı, yol hərəkəti üçün də təhlükə yaradır. Yağışlı havalarda isə çökəkliklərdə suyun yığılması piyadaların hərəkətini də çətinləşdirir.
Vətəndaşlar problemin aradan qaldırılması və yolun asfaltlanması üçün aidiyyəti qurumlara müraciət edərək tədbir görülməsini xahiş edirlər.