Sarayda motokuryerin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 18 iyul tarixində Sumqayıt24 Avtosfer.az-a istinadən məlumat verir.
Qəza General Məhəmməd Əsədov küçəsində qeydə alınıb. "VAZ-2107" markalı avtomobilin sürücüsü sola dönən zaman qarşıdan gələn "Wolt" şirkətinin motokuryeri ilə toqquşub. Hadisə nəticəsində motosiklet aşıb və sürücüsü yerə yıxılıb.